Поиск по этому блогу

Мой список блогов

пятница, 18 декабря 2009 г.

Дмитрий Медведев против выражения "исламский экстремист"

BBC Russian
Последнее обновление: пятница, 28 августа 2009 г., 10:56 GMT 14:56 MCK
Дмитрий Медведев против выражения "исламский экстремист"

По мнению президента РФ Дмитрия Медведева, не следует называть экстремистов "исламскими экстремистами".

"Правильное наименование бандитов - просто бандит, у него нет религиозного содержания, даже если у него где-то в голове крутится, что он правоверный мусульманин. Он не мусульманин, он бандит", - цитирует Медведева агентство ИТАР-ТАСС.

Медведев также призвал активнее вести в СМИ и интернете работу по разъяснению ценностей ислама.

В этой связи он не исключил возможность создания специального телеканала, чтобы на нем велось "преподавание и полноценное разъяснение ислама, традиционного для нашей страны".

Эти заявления президент РФ сделал в ходе встречи с муфтиями и главами регионов Северного Кавказа.

http://www.bbc.co.uk/russian/rolling_news/2009/08/090828_rn_islam_extremism_medvedev.shtml

© BBC 2009

среда, 16 декабря 2009 г.

Elnur Astanbəyli İlqar İbrahimoğlu haqqında

Elnur Astanbəyli : Vaqif Səmədoğlu və İlqar İbrahimoğlu haqqında



Sayta qoyulub: 16:45 07.06.2009 (294 dəfə oxunub )

Hərf ölçüsü:
Vaqif Səmədoğlu - 70
60 yaş Azərbaycan ziyalısının sınaq yaşıdır. Az-çox işığı olan ziyalılar bu yaşdan sonra gözdən düşməyə başlayırlar. Ürəklərindən komfort həyat, mandat, orden-medal keçir. Sınır, əyilir, saray məddahına çevrilirlər. Əlbəttə, bu, məsələn, Anara aid deyil. O, öz həyat və yaradıcılığını bütün birinci katiblərin, prezidentlərin sevimlisi olmağa hesablayıb. Yaxud Elçin Əfəndiyev. Amma elələri var ki, uzun illər həqiqətin yanında dayanır, ancaq buna sonadək gücləri çatmır. Dönüb özləri olurlar - karyerist, şöhrətpərəst, şahsevən. Vaxt vardı Vaqif Səmədoğlu hakimiyyəti yıxıb-sürüyürdü, gecə-gündüz onun qabırğasına "mafiya", "tayfa-klan", "irtica" sözlərini xəsislik eləmədən döşəyirdi. Birdən-birə adam dəyişdi, oldu saray təəssübkeşi.
Bir dəfə Vaqif Səmədoğlu içib səmimi şəkildə deyib ki, hakimiyyətə satılmağının əsas səbəbi komfort həyat müqabilində ölkədəki bütün haqsızlıqlara, iyrəncliklərə göz yuman, YAPtokratiyanın züytutanına çevrilən tay-tuşlarından - Anardan, Əkrəm Əylislidən, Elçindən, Fikrət Qocadan geri qalmaq istəməməsidir: "Onların hər şeyi var, amma mən 60 yaşımda hələ də nisyə çaxır içirəm". Azərbaycanda siyasi monarxiyanın qurulması Rəsul Rza oğlu Anarın, İlyas Əfəndiyev oğlu Elçinin, Səməd Vurğun oğlu Vaqif Səmədoğlunun xidmətidir. Məhz Azərbaycanda uzun illər hökm sürən ədəbi monarxiya yekunda hakimiyyətin də atadan oğula ötürülməsini qaçılmaz etdi. Təsadüfi deyil ki, Vaqif Səmədoğlu atasının 95 illik yubileyində çıxış edib demişdi: "Əgər bizdə xalq yazıçısının oğlu xalq yazıçısı, xalq şairinin oğlu xalq şairi olursa, niyə prezidentin oğlu prezident olmasın?"
Vaqif Səmədoğlu iki seçkidir deputatdır. Özü də hər ikisində halal yolla seçilib. Zarafat eləmirəm. Səməd Vurğun Qazax camaatının ən zəif yeridir. Əqidəsini deputat mandatına dəyişən Səmədoğluya qazaxlılar atasına görə səs verdi. Hətta parlament seçkisi vaxtı Qazaxda, camaat "kimə səs verdin" deyə bir-birindən soruşanda, hamıdan eyni cavabı eşitmək olardı: "Səməd Vurğuna". 2010 seçkilərində Vurğun Əyyub getsin Qazağa, desin ki, mənə bu adı Səməd Vurğuna görə qoyublar, ordan 99 faiz səs almasa, şərəfsizin təkiyəm.
Vaqif Səmədoğlu "Bəxt üzüyü" filmində qazaxlıları "splaşnoy qoyun" adlandırıb. Hər parlament seçkisində də rayona gəlib, heç nə olmamış kimi camaatdan səs istəyir. Onu qazaxlılar sonuncu dəfə elə birinci dəfə Qazağa gələndə görüblər. İndiyədək bir dəfə camaatın problemi ilə maraqlanmayıb. Rayonda işsizlik baş alıb gedir, kəndlər kütləvi şəkildə boşalır, səfalət və cəhalət bir vaxtlar maarifpərvərliyi ilə ad çıxarmış rayonun həyat tərzinə çevrilir, amma Vaqif Səmədoğlu Bakıda həyatın dadını çıxarır. Qazaxlılara bu da azdır. Qoy gələn seçkidə də ona səs versinlər.
Bakıda rusca üyüdüb tökən Vaqif Səmədoğlu Qazaxda seçicilərlə görüşlərində "gəlerəm, gederəm"nən danışırdı. Deyirdi ki, mənə səs verin, Strasburqda yarımçıq işlərim qalıb. "Yarımçıq işlər" deyəndə yarımçıq viskləri nəzərdə tuturdu Səmədoğlu. İndi isə qəzetlərə açıqlama verib deyir ki, jurnalistlərin sifarişlə həbsi Avropa Şurasının sayıqlamasıdır, çünki gözləri bizim neftimizdədir. Vaqif Səmədoğlu bunu Avropa Şurasında nümayəndə heyətinin üzvü olanda niyə demirdi? Buna hünəri çatardımı? Yox, çünki onun da gözü fransız visklərindəydi. Vaqif Səmədoğlu hələ görün başqa nə deyib? Deyib ki, əfv fərmanı deyəndə yada ən tez jurnalistlərin düşməsinin səbəbini anlamır. Adam bu qədər naşükür olmaz, yoldaş Səmədoğlu. Toyuq toyuqdu, su içəndə göyə baxır. Vaxtında bu jurnalistlər sənin hakimiyyət haqqında odlu-alovlu çıxışlarını qəzet səhifələrinə çıxarmasaydı, yəqin indi parlamentdə oturmazdın, nisyəyə yox, nəğdə çaxır içməzdin. O başqa məsələ ki, jurnalistlərdə də az günah yoxdu. Gərək vaxtında biləydilər ki, sənin hakimiyyəti asıb-kəsən çıxışlarının alt qatında saraya göndərdiyin "məni də alın!" mesajı yatır.
Sonda Vaqif Səmədoğlunu 70 yaşına görə, öz vicdanı ilə baş-başa buraxıram.

İlqar İbrahimoğlu və İran-2
"Reytinq"in keçən sayında Hacı İlqar İbrahimoğlu haqqında kiçik qeydlərimiz bəzilərinin xoşuna gəlməyib. Həftəboyu email adresimə Hacının fanatlarından təhqir, təhdid dolu məktubların ardı-arası kəsilmədi. Məktublar fərqli elektron ünvanlardan gəlsə də, əslində onları uzaqbaşı iki-üç adamın yazdığını bilmək çətin deyildi. İnsafən, Hacı İlqarla bağlı qeydlərimizi təşəkkürlə qarşılayanlar da az olmadı. Buradan təhqirləri təhqir, təşəkkürləri də təşəkkür sahiblərinin özlərinə göndərirəm. Və mətləbə keçirəm.
Sədaqətli oxucular Hacı İlqarla bağlı qeydlərimizdən xəbərdardır. Məsələdən hali olmayanlar üçünsə həmin qeydləri təkrar yazmağa ehtiyac duyuram. Gəlin, birgə oxuyaq.
BİR: Əgər hansısa Avropa ölkəsinin adı it dəftərində olmayan hansısa qəzeti İslam peyğəmbəri haqqında azacıq o yan-bu yan yazan kimi burdan "ay haray, qoymayın müsəlmanların şərəfi əldən getdi!",- deyə bas-bas bağıran bir adam, İranda rəsmi dövlət qəzeti Azərbaycan türklərini tarakana bənzətdikdə etiraz səsini çıxarmırsa...
İKİ: Əgər hansısa Avropa ölkəsi "Eurovizion"da Ermənistana 12 xal göndərəndə o ölkənin ünvanına dişinin dibindən çıxanı deyib, el-aləmdə tulasifət eləyən bir adam, İran prezidenti Əhmədinecat erməni həmkarı Sərkisyanla sarmaş-dolaş olanda, dinmir, susursa...
ÜÇ: Əgər hansısa sadə jurnalist "biz dünyəvi dövlətiksə, yaşıl rəng bayrağımızdan götürülməlidir",- dedikdə, bunu İslama və bayrağa həqarət adlandırıb, o jurnalisti yerdən yerə vuran bir adam, Azərbaycan bayrağı İranda tərsinə asılanda bunu görməzdən gəlirsə...
DÖRD: Əgər İraqda, Əfqanıstanda, nə bilim, uzaq Liviya səhrasında bir müsəlman hətta dəvənin belindən yıxılıb burnu qanayanda belə, Amerikanı yaş yuyub quru sərən bəyanatlar verən, özündən qəhrəman obrazı yaratmağa çalışan bir adam, İran rejimi həftənin yeddi günü, günün 24 saatı oradakı soydaşlarımızı şillə-təpik altına salanda, haqsız yerə həbsxanalarda çürüdəndə, qanına qəltan edəndə susquna çevrilirsə, əlbəttə, bunun bir səbəbi vardır demək!..
Bu qeydlərin sonunda o səbəbi açıqlamağı hörmətli Hacı İlqar İbrahimoğlunun təqdirinə buraxmışdıq. Amma Hacıdan səs çıxmadı. Odur ki, canımız cəhənnəm, bu həftə həmin əziyyətə özümüz qatlaşacağıq.
Əslində səbəb çox sadədir: Hacı İlqar İbrahimoğlu ali dini təhsilini İranın Qum şəhərində alıb. Camaat çörəyi qulağının dibinə yemir və yaxşı bilir ki, Qumda insanlara yalnız din bilgisi, Allah, peyğəmbər sevgisi aşılanmır, həm də İrana, oradakı molla rejiminə cani-dildən bağlılıq, bir könüldən min könülə aşiqlik aşılanır. Bunun sonuncu bariz sübutu - İsrailin Bakıdakı səfirliyini partlatmaq istəyənlərin istintaq ifadələridir. O ifadələrdə dini təhsil adı ilə İrana aparılanların sonradan hansı aqibətə düçar olduqları aydın görünür. Fikrim sizə çatsın deyə gedin Hacı İlqarın sevimli tribunası "Yeni Müsavat"ın 3 iyun tarixli sayındakı "İsrail səfirliyini necə partlatmaq istəyiblər?" başlıqlı yazını oxuyun. Həmin yazıda Azər Cəfərov adlı vətəndaşımız Qumda dini təhsil adı ilə aldadılıb İrana aparılmasından, sonra isə molla rejiminin xüsusi-xidmət orqanlarının təsiri altına salınmasından danışır.
Əgər Hacı İlqar da Qumda yalnız dini təhsillə kifayətlənibsə, onda durub keçən həftə sadaladığım, yuxarıda isə bir daha xatırlatdığım dörd məqama aydınlıq gətirməlidir. Üstəlik, baş redaktoru olduğu dəyərlər.org adlı saytı "İdmançılarımız 10 gümüş, beş qızıl medal qazanıblar", "London meri çaya düşdü", "Samsunq"dan 12 meqapikselli telefon" kimi mənasız, heç bir dəxli olmayan xəbərlərlə doldurduğu halda, niyə fars irticasının Güney Azərbaycanda son həftələrdə hansı it oyunundan çıxdığı barədə də bir cümlə yazmamasına aydınlıq gətirməlidir. Mən hələ həmin saytda İran ayətullahlarının bitib-tükənməz bir sevgi ilə vəsf edilməsini demirəm. Doğrudanmı, Qumda Hacı İlqara hansısa şəhər merinin ayağının suya batmasının yüzlərlə, minlərlə insanın əzilməsindən, sümürülməsindən daha əfzəl xəbər olduğunu öyrədiblər?
İnternetdə oxuyuram, Hacı İlqar İsrail prezidentinin Azərbaycana səfərə gəlməsini "absurd" adlandırır, inanılmaz hiddət və şiddətlə "sionist terrorunun rəhbəri Şimon Peres"in Bakıya dəvət edilməsinə qarşı çıxır. Eynən İranın başı sarıqlı, ayağı çarıqlı rəhbərləri kimi. Görəsən, Hacı İlqar erməni terrorunun rəhbəri Sərkisyan Tehranı suyoluna döndərəndə hardaydı? Bu suala cavab axtarmaq mənasızdır, çünki cavab elə sualın özündədir. Və bizim Hacı İlqarla İran rejimi arasında bağların olmasından şübhələnməyimiz üçün yetərincə əsas verir.
İstənilən ölkə üçün İran kimi xürafat içində boğulan, din pərdəsi altında gizlənib, əvəzində ətrafa qan və qorxu püskürən, çağdaş dəyərlərə heç min kilometrdən də dəxli olmayan bir qonşunun varlığından böyük təhlükə yoxdur. İran yalnız qonşularına deyil, bütün tərəqqipərvər bəşəriyyətə təhlükədir. İrana ən kövrək tellərlə olsa belə, bağlananlar da həmçinin.

“Fatimeyi-Zəhra” məscidinin sökülməsi

Müstəqil İnformasiya Agentliyi


GÜNDƏM : Polis “Fatimeyi-Zəhra” məscidinin sökülməsi ilə bağlı etiraz aksiyasının qarşısını alıb (Yenilənib)



Sayta qoyulub: 15:48 11.12.2009 (48 dəfə oxunub )

Hərf ölçüsü:



Bir qrup siyasi və ictimai təşkilatın Yeni Günəşlidəki “Fatimeyi-Zəhra” məscidinin sökülməsi ilə bağlı məhkəmə qərarına etiraz olaraq dekabrın 11-də məscidin qarşısında aksiya keçirməsinin qarşısını polis alıb. Aksiyanın təşkilatçılarından olan Azərbaycan Birlik Təşkilatından verilən məlumata görə, 80-ə yaxın dindar saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 32-ci bölməsinə aparılıb.

Məlumata görə, polis aksiyaya Bakı Şəhər İcra Hakimiyyətinin icazə vermədiyini bildirib.
Polisə aparılanlar arasında İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov da var. Aksiyada Azərbaycan Birlik Təşkilatı, “Azərbaycanın İnkişafı və Gələcəyi Naminə”, “Sağlam Mühit - Sağlam Gələcək” ictimai birlikləri və Fəzilət, İslam partiyalarının üzvləri, dindarlar iştirak edib.

Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında 2 saylı Yerli İqtisad Məhkəməsi “Fatimeyi-Zəhra” məscidinin sökülməsi və həmin ərazinin icra hakimiyyətinin balansına verilməsi barədə qərar çıxarıb. Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.

11 dekabr 2009 tarixində saat 12:30-dan 13:15-dək Yenu Günəşli Fatimeyi Zəhra məscidinin qarşısında etiraz aksiyası keçirən qurumlar (Azərbaycan Birlik Təşkilatının, “Azərbaycanın İnkişafı və Gələcəyi Naminə” İctimai Birliyinin, “Sağlam Mühit - Sağlam Gələcək” İctimai Birliyinin, İslam Partiyasının və Fəzilət Partiyasının) aksiya dağıdıldıqdan sonra rəsmi açıqlama yayılıb:

Bu gün 11 dekabr 2009 tarixində saat 12:30-dan 13:15-dək Yenu Günəşli Fatimeyi Zəhra məscidinin qarşısında məscidin sökülməsinə dair etiraz aksiyası keçirən inanclı və dindar insanların dinc və sivil aksiyası polis tərəvindən amansızlıqla dağıdıldı, 119 nəfər aksiya iştirakçısı döyülərək Suraxanı rayonu 32-ci polis bölməsinə aparıldılar. Təxminən 3-4 saatdan sonra 115 nəfər Suraxanı rayonu 32 saylı polis bölməsindən xəbərdarlıq alandan sonra azad buraxıldılar, 4 nəfər Suraxanı rayon məhkəməsinə aparılaraq 25 manat cərimələndikdən sonra axşam saatlarında sərbəst buraxıldılar. Aksiyada jurnalist gödəkçəsi geyinən jurnalistlərə də polis tərəfindən hücum olundu və saxlanıldılar, sonradan sərbəst buraxıldılar. Aksiyanın təşkilatçıları Azərbaycan Birlik Təşkilatı, “Azərbaycanın İnkişafı və Gələcəyi Naminə” İctimai Birliyi, “Sağlam Mühit - Sağlam Gələcək” İctimai Birliyi, İslam və Fəzilət Partiyaları vətəndaşların sərbəst toplaşmaq hüququnun pozulması, polis zorakılığı, jurnalistlərə qarşı təzyiqi qətiyyətlə pisləyir, aksiyanı baş tutmuş hesab edir və məscidlərə mənəviyyatımıza olan təziqlərə və konkret olaraq Yeni Günəşli Fatimeyi Zəhra məscidinin sökülməsinə etirazlarını bundan sonra da bu dəfə olduğu kimi müxtəlif sivil və hüquqi yollarla davam etdirəcəyinin bəyan edir. Biz BMT, İslam Konfransı Təşkilatı, Beynəlxalq İnsan Haqları, Dini Etiqad və Vicdan Azadlığı ilə məşğul olan bütün təşkilatlara, ölkəmizdəki müsəlman dövlətlər səfirliklərinə müraciətlər etmək aksiyasına artıq start vermişik və tezliklə İslam Konfransı Təşkilatında bu məsələ ilə bağlı fövqəladə toplantının keçirilməsini tələb edəcəyik.